Axıska Türklərinin sürgünündən 67 il ötür

Noyabrın 14-də Dünya Axıska Türkləri Birliyi " Axıska Türklərinin sürgünün 67 illiyi mövzusunda mətbuat konfransı keçirib. Birliyin sədri Sabircan Cəlilov 67 il əvvəl Axıska türklərinin doğma torpaqlarından sürgün edilməsindən danışıb, tədbirin məqsədini açıqlayıb. Axıska türklərinin ağsaqqallarından Kamal Veridze qeyd edib ki, bu gün demokratik Gürcüstan dövləti Sovet dövründə repressiyaya məruz qalanların hamısına bəraət versə də axıska türklərinin üçün heç bir tədbir görülmür. 1944-cü ildə sürgün həyatı yaşayanlardan biri Nurəddin Sasıyev axıska türklərinin sürgün olunmasının səbəblərindən danışıb, həmin dövrün ictimai-siyasi vəziyyətini təhlil edib. Sürgünə məruz qalan axıska türklərindən Zahir Barbakadze yaşadıqları əzab əziyyətləri, dözülməz günləri yada salıb.
Tarih: 17 Kasım 2011 - Filed in Ahıska - #  #Sürgün  #Azerbaycan  #DATÜB  #67. Yıl  #Axıska 
oylamak için tıklayınız

Embed  |  8.738 izlenme

Yorumlar

0 yorum